• İspansayağı sarımsaqlı krevet resepti

Reseptin məlumatları Baxış sayı: 3 375

Tarix : 6-05-2018, 18:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
500 qr. krevet (dondurulmuş və ya təzə)
4 x.q. zeytun yağı
1/2 limon
1 ç.q. qırmızı istiot (pul bibər)
1 diş sarımsaq
duz

Hazırlanması:
Tavaya zeytun yağı əlavə edin.
Sarımsağı xırda xırda doğrayın.
Sarımsağı və qırmızı bibəri tavaya əlavə edin. 1-2 dəq. qovurun, amma yanmamalıdır. Rəngini dəyişməməlidir.
Tavaya limonun suyunu sıxın.
Krevetləri əlavə edin və 3 dəqiqə gur xodda qızardın.
Krevetləri isti servis edin

Krevetləri çox bişirən zamab əti bərkiyir və dadı gedir. 3 dəqiqə kifayyətdir.
Krevetləri bişirməmişdən əvvəl bel tərəfindən biraz bıçaqla kəsin və içindəki qara ipi çıxardın. Sonra suyun altında yuyun. Bunu az adam edir amma bu vacibdir.
Dondurulmuş krevet alanda onlara diqqətlə baxın. Qara başdı krevetlər xarabdır. Sarı və tünd ayaqlı krevetlər xarabdır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: Krevetləri, əlavə, zeytun, xırda, krevet, dəqiqə, Tavaya, Sarımsağı, xarabdır, krevetlər, qırmızı, Sonra, əvvəl, çıxardın, içindəki, kəsin, bıçaqla, biraz, tərəfindən, Dondurulmuş
BİZİ İZLƏYİN