• Fasolakiya resepti

Reseptin məlumatları Baxış sayı: 2 939

Tarix : 26-10-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
400 qr. yaşıl lobya
2-3 pomidor
1 baş soğan
2 diş sarımsaq
1/4 stakan zeytun yağı
1 ç.q. oregano
duz
2 stakan su

Hazırlanması:
Yaşıl lobyanın ucdarını kəsib soyuq suda yuyuruq.
Baş soğanı və sarımsağı xırda xırda kəsirik. Dərin və qalın qazana biraz zeytun yağı əlavə edirik.
Soğanı və sarımsağı qazana əlavə edirik. Biraz qızardırıq. Bu zaman pomidorların qabığını kəsib xırda-xırda kəsirik. Əlavə edirik qazana.
Duz, istiot, oregano əlavə edirik.
Lobyalarımızı və zeytun yağının qalan miqdarını əlavə edirik.
Üstünə su töküb az xodda 40 dəq. bişiririk.
Süfrəyə ağ pendirlə və zeytunla verilir.
Yunanlar bu yeməyi həm isti yemək kimi həmdə soyuq qəlyanaltı kimi istifadə edir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, əlavə, xırda, zeytun, qazana, kəsib, oregano, stakan, kəsirik, sarımsağı, soyuq, xodda, töküb, yağının, Lobyalarımızı, qalan, miqdarını, Üstünə, bişiririk, pendirlə
BİZİ İZLƏYİN