• Gül kələmi mantısı resepti

Reseptin məlumatları Baxış sayı: 2 924

Tarix : 5-02-2018, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 gül kələm
250 qr. çəkilmiş mal əti
2 baş soğan
2 x.q. tomat pastası
1 ç.q. quru nanə
1/2 ç.q. paprika

Sous:
Qatıq
Sarımsaq

Hazırlanması:
Gül kələmini bölürük və duzlu, limonlu suda bişiririk. Bişəndə süzürük süzqəcə.
Baş soğanı xırda kəsib günəbaxan yağında qızardırıq. İçinə əti əlavə edirik bir yerdə qızardırıq. Tomat pastası və ədviyyatları əlavə edirik. Ət yağa düşəndə altını keçirdirik.
Sarımsaq qatıq hazırlayırıq.
Əvvəlcə boşqaba bişmiş gül kələmk düzürük üstən sous tökürük və ən sonda boşqaba ət qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, qızardırıq, Sarımsaq, boşqaba, pastası, ədviyyatları, düşəndə, Tomat, altını, yerdə, qoyuruq, sonda, keçirdirik, qatıq, kələmk, düzürük, bişmiş, tökürük, hazırlayırıq
BİZİ İZLƏYİN