• İspanaqlı yemək resepti

Reseptin məlumatları Baxış sayı: 8 339

Tarix : 20-12-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
300 qr. təzə ispanaq
2 baş soğan
4 x.q. zeytun yağı
3 yumurta

Sous üçün:
2 diş sarımsaq
4 x.q. qatıq

Hazırlanması:
Baş soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Tavaya zeytun yağı əlavə edirik. Soğanı əlavə edib yaxşı qızardırıq. Soğan qızarandan sonra ispanağı əlavə edirik. İspanaq biraz yumuşalıb bişməlidir. Ayrı qabda yumurtaları qırıb, çalırıq. ispanağın üstünə yumurta əlavə edib qarışdırırıq. Altını söndürüb, duz əlavə edirik. Sarımsaqlı sousla yeyilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, yumurta, zeytun, qırıb, çalırıq, yumurtaları, bişməlidir, biraz, yumuşalıb, qabda, üstünə, Sarımsaqlı, sousla, yeyilir, söndürüb, Altını, İspanaq, qarışdırırıq, ispanağın
BİZİ İZLƏYİN