• Ballı hinduşka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 680

Tarix : 12-09-2014, 21:00

Bölmə : Quru yeməklər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq hinduşkanın döş əti (sümüksüz və dərisiz)

Marinad:
3 st. su
2 x.q. iri duz
2 x.q. qəhvəyi şəkər tozu
1 ç.q. qara dənəvər istiot
2 dəfnə yarpağı

Qlazur üçün:
2 x.q. duru bal
2 x.q. zeytun yağı
1 x.q. soya sousu
1 x.q. şirin paprika
1 ç.q. istiot qarışığı (qara, çili, kayen)

Hazırlanması:
Hinduşkanın döş ətini qığırdaq, piy və pərdədən təmizləyin.

Marinadın ərzaqlarını qarışdırın. Hinduşka ətini içinə qoyun. Plyonkaya büküb, yaxud qabın ağzını qapaqla örtüb 24 saat soyuducuda saxlayın.

İkinci gün: hinduşka ətini qurudun. Qlazur üçün olan ərzaqları qarışdırın (içinə sarımsaq da əzib qata bilərsiniz), ətin üzərinə çəkin. Əti rulet kimi bükün, kulinar ipiylə bağlayın. Qlazurda 3-4 saat (ən gözəli isə 24 saat saxlayın).

Üçüncü mərhələ: tavanın içinə folqa döşəyin, ruletlərini içinə qoyun və 160 dərəcə qızdırılmış sobanın orta gözünə qoyun. 1 saat bişirin. Arada iki dəfə çıxarıb şirəsini üstünə gəzdirin. 1 saat sonra dərəcəni 180-dək artırın. Ruletlər olan sinini sobanın yuxarı gözünə qoyun. Daha 15 dəqiqə bişəndən sonra hazırdır.

Azca dinləndirin. Doğrayıb boşqablara yığın.
Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT

Ballı hinduşka resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: içinə, qoyun, ətini, Qlazur, sobanın, sonra, istiot, saxlayın, gözünə, qarışdırın, qızdırılmış, ruletlərini, dərəcə, döşəyin, mərhələ, ipiylə, kulinar, bükün, rulet, bağlayın
BİZİ İZLƏYİN