• İspanaqlı pomidor dolması resepti

Reseptin məlumatları Baxış sayı: 2 851

Tarix : 21-11-2017, 12:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
-1/2 ispanaq
-2 diş sarımsaq
-200 qr süzmə qatıq
- 6 ədəd orta boy pomidor
- Duz, istiot, qırmızı bibər

Hazırlanması:
İspanaqları yaxşıca yuduqdan sonra duzlu suda qaynadın. Süzdükdən sonra incə-incə doğrayın. Süzmə qatıq qırmızı bibər, duz, istiot və əzilmiş sarımsaqla qarışdırın. İspanaqları da içinə əlavə edin. Pomidorları iki yerə bölüb içini oyun. İspanaqlı, qatıqlı içliklə doldurun. İstəsəniz, üstünə xırda doğranmış qoz da əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, İspanaqları, sonra, istiot, qırmızı, əlavə, qatıq, qatıqlı, İspanaqlı, Pomidorları, içliklə, bölüb, içini, üstünə, doğranmış, bilərsiniz, xırda, içinə, İstəsəniz, doldurun
BİZİ İZLƏYİN