• Klassik fri kartof resepti

Reseptin məlumatları Baxış sayı: 20 855

Tarix : 25-09-2014, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 ortaboy kartof
300 q bitki yağı
duz

Hazırlanması:
Kartofu təmizləyib yuyun, sonra barmaqdan bir az nazik qalınlıqda uzunasına doğrayın. Salfetlə qurudun.

Dərin qazana və ya tavaya bitki yağı töküb onu qızdırın.

Kartofu isti-isti yağa töküb hərtərəfli qızardın, kəfkirlə çıxarıb xırda gözlü aşsüzənə yığın.

Yağı süzüləndən sonra boşqablara yığın, yalnız bundan sonra üzərinə duz səpin. Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: xırdagözlü, sonra, yığın, bitki, Kartofu, töküb, gözlü, qızardın, aşsüzənə, xırda, süzüləndən, çıxarıb, kəfkirlə, yalnız, Süfrəyə, verin, olsun, səpin, üzərinə, hərtərəfli, bundan
BİZİ İZLƏYİN