• Yapon üsulu toyuq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 16 885

Tarix : 13-09-2014, 23:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q toyuq filesi (orijinal reseptdə dərisi soyulmamış toyuq budu)
1 x.q. bal
3 x.q. soya sousu
1 x.q. bəyaz şirin şərab
duz
istiot
bitki yağı

Qarnir:
süzülmüş düyü
buxarda bişirilmiş və ya qaynadılmış brokkoli

Hazırlanması:
Toyuq filesini bir qədər döyün, az yağda hər iki üzünü qızardın.

Bal, soya sousu və şərabı qarışdırın. Bu sousu tavadakı ətə əlavə edin, iti odda daim çevirərək və üzərinə sousdan müntəzəm olaraq qaşıqla götürüb tökərək 10-15 dəqiqə bişirin.

Duz, istiot vurun.

Hazır fileni şəridlərə doğrayın. Süfrəyə bişmiş düyü və brokkoli ilə verin, üzərinə sous gəzdirin.

Nuş olsun!
Etiketlər: sousu, istiot, toyuq, üzərinə, brokkoli, qaşıqla, tökərək, götürüb, olaraq, dəqiqə, tavadakı, əlavə, çevirərək, sousdan, müntəzəm, vurun, bişmiş, verin, gəzdirin, olsun
BİZİ İZLƏYİN