• Mandarin və portağal şirəsində çöl ördəyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 832

Tarix : 14-09-2014, 22:00

Bölmə : Quru yeməklər / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
3 ördək
2-3 yerkökü
2-3 soğan
2-3 mandarin
1 portağal
zəncəfil
darçın budağı
1 diş sarımsaq
1-2 ədəd dəfnə yarpağı
duz
qara istiot

Hazırlanması:
Ördəkləri uzununa, sonra da eninə iki yerə bölün. Öz yağında qovurub qaz bişirmək üçün xüsusi qazana yığın.
Yerkökünü halqa, soğanı yarımhalqa doğrayın. Ördəyin üstünə səpin. 3-4 sm uzunluqda zəncəfil kökünü, portağal və mandarin dilimlərini (ortadan doğrayıb da qoya bilərsiniz, belədə şirəsi daha yaxşı çıxır), qara istiot, bir budaq darçın, duz əlavə edin. 1-2 stəkan qaynar su tökün (elə edin ki, su ancaq ördəyin üstünə çıxsın, meyvələrlə tərəvəzin yox). Qapağını örtüb vam ocağın üstünə qoyun. Pıqqıldamağa başlayandan sonra 1,5 saat bişirin. Sonra qapağını açın, duzunu yoxlayın, ehtiyatla qarışdırın. Əzilmiş 1 diş sarımsağı səpin, dəfnə yarpağı da əlavə edə bilərsiniz. Qapağını örtün. Daha 10 dəqiqə bişirin. Ocağı söndürün. 10-12 dəqiqə dəmlənməsini gözləyin.
Hazır yeməyin üstünə hər hansı göyərti əlavə etmək lazım deyil, yoxsa sousunun dadı itəcək.
Mandarin və portağal şirəsində çöl ördəyi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: üstünə, əlavə, yarpağı, istiot, dəfnə, dəqiqə, bilərsiniz, sonra, bişirin, Qapağını, səpin, darçın, mandarin, zəncəfil, portağal, Sonra, yoxlayın, duzunu, qapağını, örtüb
BİZİ İZLƏYİN