• Ətli-göbələkli vatruşka resepti

Reseptin məlumatları Baxış sayı: 15241

Tarix : 15.09.2014, 15:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1-1,3 kq qiymə
2 baş soğan (qiymənin içinə)
4 diş sarımsaq (qiymənin içinə)
göyərti (qiymənin içinə) - zövqə görə
2 baş soğan
2-3 x.q. 15%-li xama
5-7 x.q. 2,5%-li qatıq
500 q şampinyon
50-80 q pendir (istənilən növ əriyən pendir)
duz, istiot - zövqə görə
1,5 ç.q. zeytun yağı

Hazırlanması:
Soğanı kubik doğrayıb qaynar yağda qovurun. Göbələyi təmizləyib, doğrayıb soğana əlavə edin. Qovrulandan sonra göbələyin içinə qatıq və xamanı əlavə edib 5-7 dəqiqə bişirin.

Qiyməni xırda doğranmış soğan, sarımsaq və göyərti, duz-istiotla qarışdırın, əlinizdə 60-70 q-lıq küftələr tutun. Siniyə düzün, ortalarında dərin çala açın. Qovrulmuş göbələyi küftələrin içinə doldurun (hər küftəyə təxminən 1 x.q.). Hər vatruşkanın üstünə pendir dilimi qoyun, yaxud sürtgəcdən keçirilmiş pendir səpin.
180-200 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.

Süfrəyə vineqret salatı ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: içinə, pendir, qiymənin, soğan, dəqiqə, doğrayıb, qatıq, zövqə, sarımsaq, bişirin, göyərti, əlavə, doldurun, təxminən, vatruşkanın, küftəyə, ortalarında, düzün, Siniyə, üstünə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN