• Pisto resepti

Reseptin məlumatları Baxış sayı: 15 036

Tarix : 15-09-2014, 19:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 qabaq
2 badımcan
2 şirin bibər
1 baş soğan
2 diş sarımsaq
4 pomidor
50 q zeytun yağı
1 dəstə reyhan
2 bişmiş yumurta
1 ç.q. paprika
0,5 ç.q. üyüdülmüş zirə toxumu
1/4 ç.q. üyüdülmüş mixək

Hazırlanması:
Qabaq, badımcan, pomidor və soğanı iri kubik, soğanı yarımhalqa, şirin bibəri saman kimi, sarımsağı çox xırda doğrayın.

Yağı qızdırın. Əvvəlcə soğanı qovurun, şəffaf olanda qabaq və badımcanı əlavə edib yarımbişmiş hala gələnədək arada qarışdıra-qarışdıra bişirin. Bibəri əlavə edib daha 7 dəqiqə bişirin. Sonra pomidor, sarımsaq və ədviyyatı əlavə edin. Tavanın qapağını qoyub tərəvəzlər yumşalınca bişirin.

Hazır olandan sonra üzərinə göyərti səpin, dilimlənmiş bişmiş yumurta düzün.

Pistonu həm isti, həm də soyuq halda yemək olar.

Nuş olsun!
Etiketlər: bişirin, soğanı, əlavə, pomidor, üyüdülmüş, bişmiş, yumurta, qarışdıra, badımcan, sarımsaq, qabaq, şirin, qoyub, yumşalınca, qapağını, tərəvəzlər, dəqiqə, Bibəri, Hazır, Sonra
BİZİ İZLƏYİN