• Zirincli plov resepti

Reseptin məlumatları Baxış sayı: 26 972

Tarix : 15-09-2014, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq düyü
1 kq təzə quzu əti
3 soğan
1 st. zirinc
duz
istiot
sarıkök
lavaş
kərə yağı

Hazırlanması:
Düyünü yuyun, 2-3 saat duzlu suda saxlayın.

Əti təkələrə, soğanı yarımhalqa doğrayın. Duz, istiot vurub qarışdırın.

Zirinci suda isladın.

Düyünü qaynadıb, süzün. Zirincin suyunu süzüb düyü ilə qarışdırın.

Qazanın dibinə kərə yağı tökün. Lavaşı tikələrə ayırıb dibinə döşəyin. Üstünə azca yağ gəzdirib ətlə soğanı döşəyn. Bunun da üstünə azca yağ gəzdirin. Düyünü üstünə yayın. Düyünün üstündə taxta qaşığın qulpuyla deşik açın. Üstünə kərə yağı gəzdirin, sarıkök səpin.
Qazanın qapağına təmiz dəsmal bağlayıb, ağzını kip örtün, vam odda dəmləyin.

Hazır olandan sonra aşı buluda çəkin, ətləri üstündən düzün.

Nuş olsun!
Etiketlər: Düyünü, üstünə, soğanı, Qazanın, dibinə, gəzdirin, Üstünə, qarışdırın, sarıkök, istiot, qulpuyla, deşik, səpin, qaşığın, taxta, yayın, olsun, düzün, Düyünün, üstündə
BİZİ İZLƏYİN