• Toyuqlu zirincli plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 926

Tarix : 16-09-2014, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 iri yerkökü
3 iri baş soğan
1 şirin bibər
2 pomidor (bunsuz da olar)
2 st. düyü
700 q toyuq əti
2 ovuc zirinc
duz
bitki yağı
dəfnə yarpağı

Hazırlanması:
Soğanı xırda doğrayıb, yerkökünü sürtgəcdən keçirin (ya da saman kimi doğrayın). Dərin tavada əvvəlcə soğanı, sonra yerkökünü yağda qovurun. Soğan qızılı rəng alanda doğranmış toyuq ətini əlavə edin. Orta itilikdə odda 15 dəqiqə qovurun.
Toyuqlu zirincli plov resepti - FOTO RESEPT


Xırda doğranmış bibər və pomidorları əlavə edin. Duz, istiot vurun, zirinci əlavə edin. Daha 5 dəqiqə qovurun.
Toyuqlu zirincli plov resepti - FOTO RESEPT


Bir neçə dəfə soyuq suda yuyulmuş düyünü tavaya əlavə edin, amma qarışdırmayın. Düyünün üstünə 2 sm çıxanadək isti su əlavə edin. Azca duz vurun. Tavanın qapağını örtün, vam odda 15-20 dəqiqə, düyü suyu çəkənəcən bişirin.
Toyuqlu zirincli plov resepti - FOTO RESEPT


Sarımsağı əzin. Düyü suyu çəkəndən sonra plovun üstünə səpin, tavanın qapağını örtüb daha 5 dəqiqə dəmləyin.
Toyuqlu zirincli plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qovurun, üstünə, sonra, vurun, doğranmış, qapağını, yerkökünü, toyuq, bibər, zirinci, soyuq, yuyulmuş, tavanın, örtüb, Xırda, olsun, dəmləyin, pomidorları
BİZİ İZLƏYİN