• Çkmeruli resepti

Reseptin məlumatları Baxış sayı: 4 650

Tarix : 15-02-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
- Toyuq – 800 qr
- President qaymaqları – 100 ml
- Keşniş
- Su – 3 x.q
- kərə yağı – 50 qr
- Sarımsaq – 5 diş
- Duz, istiot
- Xmeli-suneli ədviyyatı
- Lavaş

Hazırlanması:
Toyuğu yuyub, tabakada olduğu kimi 2 yerə ayırın. Daha sonra streçlə üstünü bağlayıb, çəkiclə döyün. Yağı qalın dibli tavada qızdırıb və toyuğu tavaya yerləşdirin. Toyuq ağırlıq altında bişməlidir, ona görə də üzərinə istiyə dözümlü ağır qab yerləşdirin. Onun bir üzünü 15, digərini isə 10 dəqiqə ağırlıq altında bişirin. Daha sonra isə 20 dəqiqə ərzində periodik dəyişərək yenə də ağırlıq altında bişirin. Bu zaman ərzində siz ədviyyatları hazırlaya bilərsiniz. Keşnişlə sarımsağı doğrayıb, ədviyyatlar, duz və istiotla qarışdırın. Sonda isə onları həvəngdəstəylə əzin. Əzdikdən sonra su və qaymağı əlavə edin və yaxşıca qarışdırın. Toyuq bişdikdən sonra sousu əlavə edib, 15 dəqiqə ərzində bişirin. Masaya lavaşla birgə servis edin.

Nuş olsun!
Etiketlər: sonra, altında, ağırlıq, ərzində, Toyuq, dəqiqə, bişirin, qarışdırın, əlavə, yerləşdirin, bilərsiniz, Keşnişlə, sarımsağı, hazırlaya, dəyişərək, zaman, ədviyyatları, periodik, istiotla, sousu
BİZİ İZLƏYİN