• Göbələk və pendirli toyuq cibi ləziz püre üzərində resepti

Reseptin məlumatları Baxış sayı: 2 755

Tarix : 28-02-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuğun döş əti,
göbələk,
çedder pendiri,
kök,
kartof,
reyhan,
qaymaq,
ədviyyat qarışığı

Hazırlanması:
1. Göbələyi qablaşdırmadan çıxardın və içində su olan qaba tökün.

2. Kartofu təmizləyin və dördbucaqlar şəklində doğrayın. Qazanın içinə 1 porsiya püreyə 0.5 litr olmaqla su töküb odun üzərinə qoyun.Kartofu suyun içinə tökün və vaxtaşırı yumşaqlığını yoxlamaqla hazır olanadək qaynadın.

3. Toyuğun filesini qablaşdırmadan çıxardın, azca döyün, iki tərəfini də duzlayın və istiotlayın. Göbələyi axar suda yuyun və mümkün qədər xırda-xırda doğrayın. Çedder pendirini uzun çubuqlar (1 sm*1sm) şəklində doğrayın. Göbələk və pendiri filenin ortasına qoyun və cib şəkilində bağlayın.

4. Orta odda qızdırılmış tavaya bitki yağını əlavə edin. Fileni tavanın içinə qoyun və hər tərəfdən 4-5 dəqiqə qızardın.

5. Kartofun hazır olub-olmadığını yoxlayın, artıq suyunu boşaldın, duz, istiot və qaymaq əlavə edib püre olanadək əzin.

6. Püreni toyuq ilə birgə dərhal boşqaba yerləşdirin. Reyhan ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: içinə, doğrayın, qoyun, şəklində, çıxardın, Kartofu, əlavə, hazır, olanadək, qablaşdırmadan, tökün, qaymaq, Göbələyi, pendiri, xırda, tərəfdən, Göbələk, Fileni, tavanın, filenin
BİZİ İZLƏYİN