• Nar sousunda quzu əti və tərəvəz qarniri resepti

Reseptin məlumatları Baxış sayı: 3 347

Tarix : 1-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuğun döş əti,
göbələk,
çedder pendiri,
kök,
kartof,
reyhan,
qaymaq,
ədviyyat qarışığı

Hazırlanması:
1. Əti qablaşdırmadan çıxardın, yuyun və suyunu qurudun. Orta odda qızdırılmış tavaya yağ əlavə edin, duzlanmış və istiotlanmış əti içinə qoyun və qızılı rəng alanadək hər tərəfdən 3-4 dəqiqə qızardın. Əti qızartdıqdan sonra onu salfet sərilmiş boşqaba qoyun.

2. Tərəvəzlərin hamısını yuyun. Bolqar bibəri və baş soğanı doğrayın. Onları yumşalanadək yağda qızardın. Zirinc əlavə edib kənara qoyun.

3. Orta odda qızdırılmış tavaya yağ və yumru-yumru doğranmış qabağı tökün. Duzlayın, istiotlayın və hazır olanadək qızardın.

4. Ət və tərəvəzləri boşqaba düzün, yaşıl soğan ilə bəzəyin. Nar sousunu sous qabında vermək olar və ya yeməyin üstünə əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qızardın, qoyun, qızdırılmış, tavaya, yumru, yuyun, boşqaba, qabağı, doğranmış, tökün, Duzlayın, istiotlayın, göbələk, kənara, Onları, doğrayın, yumşalanadək, yağda, Zirinc
BİZİ İZLƏYİN