• Milanzana alla parmecano resepti

Reseptin məlumatları Baxış sayı: 2 791

Tarix : 2-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
pomidor,
badımcan,
baş soğan,
sarımsaq,
parmezan pendiri,
mozarella pendiri,
öz suyunda pomidor,
ədviyyat qarışığı

Hazırlanması:
1. Bütün tərəvəzləri yuyun və suyunun çəkilməsi üçün süzgəcə qoyun. Pomidor və badımcanları eni 1-1.5 sm olmaqla yumruşəkildə doğrayın. Badımcanları duzlayın, acılığının çıxması üçün bir neçə dəqiqə gözləyin və suyunu sıxın. Soğanı təmizləyin və xırda-xırda doğrayın.

2. Orta odda qızdırılmış tavaya bitki yağı tökün. Soğanı qızılı rəng alanadək qızardın və boşqaba qoyun. Sonra badımcanın hər tərəfini qızılı-qəhvəyi rəng alanadək (hər tərəfini təxminən 1-2 dəqiqə) qızardın. Badımcanları da boşqaba qoyun. Elə bu tavada pomidorları da ehtiyatla çevirərək hər tərəfdən yüngülcə qızardın.

3. Odadavamlı dərin qab və ya boşqaba növbə ilə hərəsindən iki sıra badımcan, qızardılmış soğan, pomidor və mozarellanı düzün. İstəyinizdən asılı olaraq layların arasına bıçaqla əzilmiş sarımsaq yerləşdirə bilərsiniz. Tərəvəzlərin üzərinə öz suyunda pomidorları əlavə edin. Axırıncı lay olaraq parmezan pendirini səpəliyin.

4. Yeməyi 5-10 dəqiqəlik 170 dərəcəyədək qızdılımış sobaya qoyun.

5. Yeməyi sobadan çıxardın və reyhan ilə bəzəyin və süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qoyun, pomidor, boşqaba, qızardın, Yeməyi, olaraq, Soğanı, dəqiqə, doğrayın, alanadək, xırda, Badımcanları, qızılı, tərəfini, parmezan, sarımsaq, soğan, badımcan, pendiri, suyunda
BİZİ İZLƏYİN