• Yer fıstıqlı toyuq rolları qızardılmış kartof və göbələk qarniri ilə resepti

Reseptin məlumatları Baxış sayı: 3 064

Tarix : 7-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq filesi,
yer fıstığı,
toyuq yumurtası,
kartof,
göbələk,
ketçup,
ədviyyatlar qarışığı,
göy soğan.

Hazırlanması:
1.Göbələkləri qaba yerləşdirin və suda isladın. Kartofu qabığdan təmizləyin, yuyun və dördbucaq şəkilində doğrayın.

2.Toyuq filesini qablaşdırmadan çıxardın, yuyun və qurudun. Filenii doğranma taxtasına yerləşdirin və hər tərəfdən duzlayın və istiotlayın. Fileni iç təfi ilə (parlaq olmayan) yuxarı qoyun, hamarlayın və bolluca üyüdülmüş yer fistiği ilə səpin. Yer fıstığının tökülməməsini gözləyərək, fileni ehtiyyatla saxlayaraq rulet şəkilində bükün. Daha sonra 1-2 ədəd şiş ilə bərkidin.

3.Yumurtaları dərin qaba sındırın, bir qədər duzlayın, 1-2 x.q. su əlavə edin və çəngəllə çalın. Suxariləri yastı qaba tökün. Ruletləri ardıcılıqla yumurta və daha sonra suxarilərə 2-3 dəfə batırın. Hazır ruletləri kənara qoyun.

4.Orta odda qızdırılmış tavaya yağ əlavə edin və ruletləri suxarilərin tökülməməsini gözləyərək ehtiyyatla tavanın üzərinə düzün. Ruletləri qızılı rəng alanadək hər tərəfdən 3-4 dəqiqə ərzində qızardın. Odun gücünü azaldın və mütəmadi çevirərək daha 5-6 dəqiqə qızardmağı davam edin.

5.Göbələklərin suyunu süzün və axar suyun altında yuyun. Onları 4 hissəyə bölün.

6.Yüksək odda qızdırılmış tavaya yağ əlavə edin və dördbucaq şəkilində doğranmış kartofu tökün. Qarışdırın. Qızılı rəng aldıqdan sonra kartofa göbələk əlavə edin və tam hazırlanmasına qədər daha 5-6 dəqiqə ərzində orta odda qızardın.

7.Qarnir və ruletləri boşqaba düzün və süfrəyə təqdim edin. İstəyinizə görə doğranmış göy soğanla bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, yuyun, dəqiqə, şəkilində, ruletləri, sonra, ehtiyyatla, tökülməməsini, duzlayın, qoyun, toyuq, gözləyərək, tökün, ərzində, qızardın, doğranmış, düzün, tavaya, Ruletləri, qızdırılmış
BİZİ İZLƏYİN