• Toyuq ətindən toplar tomat pastasında əriştə ilə resepti

Reseptin məlumatları Baxış sayı: 594

Tarix : 11.03.2018, 12:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq filesi,
toyuq yumurtası,
evsayağı əriştə,
parmezan pendiri, öz suyunda pomidorlar,
tomat pastası,
soğan,
sarımsaq,
göyərti,
çörək,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Toyuq filesini paketdən çıxardın. Yuyun, qurudun və noxud boyda dənələr həcmində doğrayın. Belə toplar daha dadlı olacaq.

2. Göyərtini yuyun. Soğanı, cəfərini və reyhanı xırda doğrayən.

3. Əriştə üçün su ilə qazanı oda qoyun (2 porsiyaya 1.5-2 l. hesabı ilə). Suyu duzlayın.

4. Sous üçün orta odda qızdırılmış dərin tavada soğanı bitki yağında qızardın. Soğan yumuşalanda sarımsaq əlavə edin (onu sarımsaqsıxandan keçirdin)Bundan sonra pomidorları, tomat pastasını, suyu (2 porsa 1 stəkan hesabı ilə), duz, istiot, ədviyyatlar qarışığın (zövqünüzə görə) əlavə edin. Su qaynayanda alovun gücünü azaldın.

5. Doğranmış toyuq filesini, yumurtanı, pendiri,duzu, istiotu və cəfərini dərin qaba qoyun. Çörəyi suda isladın, yaxşıca sıxın və kütləyə qatın. Əlinizlə hamısını yaxşıca qarışdırın.

6. Nəm əllərlə toyuq kütləsindən toplar formalaşdırın və onları sousa yerləşdirin. Yarısından qapaqla bağlayın və alovu azaldaraq 10-15 dəqiqə ərzində hazırlayın. SOnra ehtiyyatla qarışdırın və daha 5-10 dəqiqə hazırlayın.

7. Əriştəni qaynayan suda 7-10 dəqiqə ərzində bişirin. Sonra süzgəcə boşaldın və suyunu süzdürün.

8. Topları əriştənin üzərində qəqdim edin, üztünə sous və permezan əlavə edin.

Nuş olsun!

Etiketlər: toyuq, dəqiqə, əlavə, cəfərini, ədviyyatlar, hesabı, filesini, yaxşıca, dərin, ərzində, qarışdırın, sarımsaq, toplar, tomat, pendiri, hazırlayın, qoyun, hamısını, kütləyə, qatın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica