• Toyuq ətindən kartof kotletləri kök salatı ilə resepti

Reseptin məlumatları Baxış sayı: 5 423

Tarix : 13-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq budu (bişmiş),
kartof,
baş soğan,
un,
toyuq yumurtası,
kök,
mayonez,
qoz,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Kartofu təmizləyin, yuyun, dilimləyin (doğrayın) qazana düzün, duzlayın və qaynar su əlavə edin. Zəif odda yumuşalana kimi bişirin (15 dəqiqəyə yaxın).

2. Soğanı təmizləyin, yuyun, dördbucaq şəkilində doğrayın. Tavanı qızdırın, bitki yağı əlavə edin (2 x.q.). Qaynar yağa soğanı əlavə edin. Soğanı orta odda qarışdıraraq qızılı rəng alanadək qızardın (2-3 dəqiqə).

3. Donu açılmış toyuq budunu paketdən çıxardın. Toyuq ətini sümükdən ayırın və doğrama taxtasında bıçaqla xırda doğrayın. Tavadakı soğana əlavə edin. Duzlayın, istiotlayın. Orta odda 4-5 dəqiqə ərzində qarışdıraraq qızardın.

4. Suyu süzün, kartofu əzin, kərə və ya bitki yağı əlavə edin (2 posrsa 1 x.q. hesabı ilə). Qarışdırın. Yumurta əlavə edin. Unu əlavə edin (2 porsa 1-2 x.q. hesabı ilə). Yaxşıca qarışdırın.

5. Kartof xəmirindən yumru kündə düzəldin, kündənin ortasına farşı düzün. Kotlet düzəldin və una batırın.

6. Tavanı qızdırın. Bitki yağı əlavə edin. Qaynar yağa kartof kotletlərini düzün. Kartof kotletlərinin orta odda qızılı rəng alanadək 2-3 dəqiqə ərzində qızardın. Sonra digər tərəfinə çevirərək digər tərəfdən də qızardın. Bütün kotletləri bu cür qızardın.

7. Kökü yuyun və sürtgəcdə sürtün. Duzlayın, istiotlayın və mayonez əlavə edin.

8. Kotletləri və salatı qaba düzün. Salatın üzərinə qoz əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, qızardın, düzün, dəqiqə, doğrayın, toyuq, yuyun, Qaynar, qarışdıraraq, hesabı, bitki, Tavanı, istiotlayın, qızılı, Soğanı, Kartof, ərzində, alanadək, Duzlayın, düzəldin
BİZİ İZLƏYİN