• ​İsveçrə sayağı kiftələr resepti

Reseptin məlumatları Baxış sayı: 645

Tarix : 14.03.2018, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
dana ətindən farş,
bəyaz çörək bulkası,
baş soğan,
bulyon,
qaymaq,
un,
kartof,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Kartofu təmizləyin, yuyun, dilimləyin, qazana düzün, duzlayın və üstünə qaynar su əlavə edin. Az odda yumuşalana kimi bişirin (15 dəqiqəyə yaxın).

2. Farşı paketdən çıxardın və qaba qoyun.

3. Soğanı təmizləyin, xırda doğrayın və qızılı rəng alanadək bitki yağında orta odda qızardın.

4. Bulkanı suda isladın (2 porsa 100 ml hesabı ilə) və sıxın. Farşı, soğanı, bulkanı, duzu, istiotu və ədviyyatları qarışdırın. Yaş əllərlə kiftələri formalaşdırın, bitki yağında orta odda hər tərəfdən qızardın (10 dəqiqə).

5. Ayrıca qabda bulyonu və qaymağı qarışdırın (qaymağın bir hissəsini krem-püre üçün saxlayın). Alınan kütləyə tədricən un qatın və yaxşıca qarışdırın. Kiftələr qızarandan sonra sousu onlara əlavə edin, qaynadın və qaynadıqdan sonra 1-2 dəqiqə qızdırın.

6. Kartofun suyunu süzün, kartofu əzin, yerdə qalmış qaymağı (2 porsa 1 x.q. hesabı ilə) və bir qədər qaynar su əlavə edin ki, püre krem formasını alsın. Duzlayın, istiotlayın.

7. Kiftələri püre ilə təqdim edin, sousu təamın üzərinə əlavə edin.

Nuş olsun!

Etiketlər: əlavə, qarışdırın, bitki, sonra, Farşı, yağında, porsa, dəqiqə, qaymağı, hesabı, qaynar, qızardın, sousu, təmizləyin, hissəsini, istiotlayın, saxlayın, Duzlayın, Alınan, formasını
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica