• İstiotla qızardılmış toyuq qanadı ratatuy və pendirli sousla resepti

Reseptin məlumatları Baxış sayı: 2 677

Tarix : 15-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq filesi,
un,
toyuq yumurtası,
üyüdülmüş suxari,
dondurulmuş tərəvəzlər,
kərə yağı,
ədviyyatlar qarışığı

Hazırlanması:
Bütün tərəvəzləri yuyun, qanadları yuyun və qurudun. Toyuq qanadlarını duzlayın və ədviyyat qarışığına hər tərəfli batırın (ədviyyatları öz dadıənıza görə tədricən əlavə edin).
Yüksək alovda qızdırılmış tavaya yağ əlavə edin və qanadları hər iki tərəfdən 3-4 dəqiqə ərzində qızardın. Daha sonra alovun gücünü orta gücə qədər azaldın və qanadları vaxtaşırı çevirərək 8-10 dəqiqə qızrdın (hazır olanadək)
Qabaq, badımcan və pomidorun başlarını kəsin. Bütün tərəvəzlər yumru formada dilimləyin. Badımcanı duzlayın və kənara qoyun.
Orta alovda qızdırılmış tavaya yağ əlavə edin və qabaqı hər iki tərəfdən 1-2 dəqiqə ərzində qızardın. Badımcanın suyunu sığın və həmin tavada 1-2 dəqiqə ərzində hər iki tərəfdən qızardın.
Qazana qaymağ və pendir əlavə edin və orta alova qoyaraq pendirin tam həll olunmasınadək qarışdıraraq qızdırın. Sonra duz və istiot əlavə edin və kənara qoyun. Sous hazırdır.
Qabadları və təvəzləri ardıcıl olaraq boşqaba düzün. Tərəvəzlərin üzərinə sousu əlavə edin və süfrəyə qoyun.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, ərzində, qanadları, qızardın, qoyun, tərəfdən, tavaya, duzlayın, yuyun, Bütün, tərəvəzlər, kənara, toyuq, qızdırılmış, alovda, pendir, qaymağ, suyunu, Badımcanı
BİZİ İZLƏYİN