• Hind quşunun döş əti rizotto, yaşıl noxud və qaymaqlı pendir ilə resepti

Reseptin məlumatları Baxış sayı: 2 931

Tarix : 18-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
hinq quşunun döş əti,
risotto üçün yumru düyü,
bulyon,
yaşıl noxud,
pendir,
soğan,
sarımsaq.

Hazırlanması:
1.Kərə yağını orta odda dərin tavada əridin və soğanı xırda-xırda doğrayıb tavaya tökün və qızardın. Soğan tamamilə yumşaq və yarışəffaf rəngdə olmalıdır. Düyünü tökün və dayanmadan qarışdıraraq bir neçə dəqiqə qızardın. Xırda-xırda doğranmış sarımsağı əlavə edin, qarışdırın, düyü, yağ və soğan ilə birgə pörtün; sarımsaq düyü və soğanın içində həll olana kimi və səciyyəvi ətri gələn kimi, bulyonun yarısını tavaya tökün, duz əlavə edin və vaxtaşırı qarışdıraraq hazır olana qədər 15-20 dəqiqə bişirin. Ehtiyac olarsa, düyü tam hazır olana qədər bulyonu hissə-hissə əlavə edin.

2.Uzun zolaqlar şəklində kəsilmiş hind quşunun döş ətini açın, iki tərəfdən duzlayın və istiotlayın. Hər zolağın başlanğıcına pendir qoyun və rulet formasında burun. Hər çubuğa iki rulet keçirdin.

3.Orta odda qızdırılmış tavaya yağ tökün və ruletli çubuqları içinə qoyun. Hər tərəfini 3-4 dəqiqə qızardın.

4.Düyü hazır olana yaxın dadına baxın, duzunun kifayət qədər olub-olmadığını yoxlayın, istiot vurun, yaşıl noxudun suyunu süzərək düyüyə tökün və qarışdırın. Noxudun az bir hissəsini yeməyi bəzəmək üçün saxlayın.

5.Rizottonu boşqaba tökün, ona forma verin. Ruletləri yanına qoyun və istəyinizdən asılı olaraq yaşıl noxud və göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: tökün, olana, qoyun, tavaya, qədər, dəqiqə, əlavə, xırda, hazır, qızardın, yaşıl, pendir, soğan, quşunun, sarımsaq, hissə, qarışdıraraq, rulet, qarışdırın, noxud
BİZİ İZLƏYİN