• Can ətindən befstroqanov bolqar bibəri ilə resepti

Reseptin məlumatları Baxış sayı: 4 439

Tarix : 25-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
can əti,
bolqar bibəri,
şampinyon göbələk,
kartof,
un,
turşu xiyar,
qaymaq,
xama,
baş soğan

Hazırlanması:
1. Kartofu təmizləyin, yuyun, doğrayın, qazana yerləşdirin, duzlayın və üzərinə qaynar su əlavə edin. Zəif alovda yumuşalana kimi bişirin (təxminən 15 dəqiqə)

2. Əti qablaşdırmadan çıxardın və eni 2-3 sm olan zolaqlar şəkilində doğrayın. Əti duzlayın, istiotlayın. Qaba un tökün və əti una batırın. Artıq unu ətdən çırpın və əti başqa bir qaba və ya doğranma taxtasına qoyun.

3. Soğanı, bolqar bibərini və göbələkləri təmizləyin və axar su altında yuyun. Tərəvəzləri və turşu xiyarları nazik zolaqlar şəkilində doğrayın.

4. Orta-güclü odda qızdırılmış tavaya bitki yağı əlavə edin. Ət tikələrini tavaya düzün və qəhvəyi təng alanadək hər iki tərəfdən qəzardın. Daim qarışdırıraraq 2-3 dəqiqə ərzində qızardın, sonra soğan əlavə edin və daha 1-2 dəqiqə ərzində qızardın. Daha sonra bolqar bibərini və şampinyonları əlavə edin. Yumuşalana kimi qızardın. Turşu xiyarı, qaymaöı və xamanı əlavə edin və zəif odda 2-3 dəqiqə ərzində qazardın. Zövqünüzə görə duzlayın və istiotlayın

5. Kartofun suyunu süzün, kartofu yaxşıca əzin, bir qədər qaynar su və qaymaq əlavə edin ki, püre krem halını alsın. Duzlayın, istiotlayın.

6. Püreni təpəcik şəkilində qaba qoyun. Üzərinə befstroqanovu yerləşdirin Zövqünüzə görə təamı turşu xiyar və göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, duzlayın, ərzində, istiotlayın, bolqar, doğrayın, şəkilində, qızardın, turşu, sonra, tavaya, qoyun, zolaqlar, bibərini, Zövqünüzə, qaynar, yuyun, təmizləyin, soğan
BİZİ İZLƏYİN