• Pasta Napoli resepti

Reseptin məlumatları Baxış sayı: 5 574

Tarix : 27-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
can əti,
baş soğan,
konservləşdirilmiş qarğıdalı qaymaq,
öz suyunda tomatlar,
sarımsaq,
Parmezan pendiri,
pasta rotini,
şəkər tozu

Hazırlanması:
1. Pastanın hazırlanması üçün dərin qazan götürün, 1 porsa 0.7-1.0 l hesabı ilə su doldurun. Oda qoyun və qaynamasını gözləyin.

2. Tərəvəzləri və göyərtini təmizləyin və yuyun. Doğanı xırda dördbucaqlar şəkilində doğrayın.

3. Can ətini paketləşdirmədən çıxardın. Yuyun və mətbəx dəsmalı ilə qurudun.

4. Əti ölçüsü təxminən 1.5-1.5 sm olan dördbucaqlar şəkilində doğrayın.

5. Tomat sousu üçün sarımsağı təmizləyin və əzin. Orta odda qızdırılmış böyük quru tavaya bitki yağı əlavə edin (məsləhətdir ki zeytun yağı olsun), soğanı, doğranmış əti və sarımsağı əlavə edin. Qızılı rəng alanadək 3-5 dəqiqə ərzində qızardın. Pomidorları suyu ilə birgə, qarığdalını, qaymağı və reyhan yarpaqlarını əlavə edin (reyhan yarpaqlarından bir neçə dənə təamın bəzədilməsi üçün saxlayın). .

6. Qaynama nöqtəsinə çatdırın, duz, istiou və şəkər tozu əlavə edin, orta odda 5-7 dəqiqə ərzində bişirin. Pasta bişənə kimi sousu kənara qoyun ki dadı alsın.

7. Pastanı qaynayan suda bitki və ya zeytun yağı əlavə etməklə 7 dəqiqə ərzində bişirin. Pasta bir qədər tam bişməməlidir.

8. Hazırlanmış pastanı tomat sousuna yerləşdirin, qarışdırın və sousda orta odda daha 2 dəqiqə ərzində bişirin. Pastanı qablara qoyun, reyhanla və Parmezan pendiri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, ərzində, qoyun, bişirin, sarımsağı, sousu, şəkər, reyhan, Pastanı, təmizləyin, dördbucaqlar, Parmezan, bitki, şəkilində, doğrayın, Pasta, pendiri, zeytun, təamın
BİZİ İZLƏYİN