• İspanaq yastığında sudak filesi pomidorla resepti

Reseptin məlumatları Baxış sayı: 2 626

Tarix : 8-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
sudak filesi,
təzə ispanaq,
baş soğan,
qaymaq,
kərə yağı,
zeytun yağı,
sarımsaq,
limon,
çerri pomidorları

Hazırlanması:
1. İspanağı tamizləyin və axar suda 5-10 dəqiqə ərzində yuyun. Sonra aşsüzənə qoyun və suyunu axıdın.

2. Sudakın filesini paketdən çıxardın. Duzlayın, isriotlayın və limon soku ilə isladın. Fİle rulet şəkilində bükün və hər bir ruleti ortasından şişlə deşin.

3. Orta alovda qızdırılmış tavaya zeytun yağı və kərə yağı əlavə edin. Yağların qarışılığında balıqı hər tərəfdən 2 dəqiqə ərzində qızardın. Qapaqla bağlayın və 2-3 dəqiqə ərzində buharda bişirin.

4. Kərə yağında soğanı şəffav vəziyyətə qədər qızardın.

5. Yuyulmuş ispanağı əlavə edin (öz zövqünüzə görə ispanağı doğranmış və ya yarpaqları doğranmamış qovura bilərsiniz). Hamısını birgə qısa müddət ərzində qovurun - tam o qədər vaxt ki, ispanaq həcmdə azalsın. Qaymaq əlavə edin və qarışdırın ki maye qatlaşsın.Duzlayın, istiotlayın. Döyülmüş və ya bıçaqla əzilmiş sarımsaq əlavə edin. Hamısını birgə bir qədər qızdırın.

6. Boşqaba ispanaq yastığını və ruletləri düzün. Çerri pomidorları ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: ərzində, əlavə, qədər, dəqiqə, ispanaq, ispanağı, qızardın, zeytun, birgə, Duzlayın, limon, sarımsaq, Hamısını, pomidorları, yarpaqları, doğranmamış, bilərsiniz, doğranmış, qovura, bişirin
BİZİ İZLƏYİN