• Çedder pendiri və beşamel sousu ilə doldurulmuş pomidorlar resepti

Reseptin məlumatları Baxış sayı: 3 721

Tarix : 7-10-2017, 21:16

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq filesi,
pomidor,
soğan,
yumurta,
pendir,
bitki yağı,
beşamel sousu

Hazırlanması:
1. Soğanı təmizləyin və xırda-xırda doğrayın.Yaxşıca yuyulmuş və suyu çəkilmiştoyuq filesini xırda dördbucaqlar şəklində doğrayın. Soğanı orta odda qızdırılmış tavaya tökün, üzərinə 3-4 xörək qaşığı yağ əlavə edib bir neçə dəqiqə qızardın.

2. Sonra doğranmış toyuq ətini də tavaya tökün və birlikdə ət hazır olana qədər qızardın. Qızardılmış toyuq və soğanı soyuması üçün kənara qoyun.

3. Bu arada yumurtanı qaynadın və sürtgəcin xırda gözündən (iri gözündən də olar) keçirdin.

4. Pomidorun saplağını çıxardın, üstünü qapaq formasında kəsin və tərəvəzi əzməyərək çay qaşığı ilə içini oyub çıxardın.

5.Qızardılmış toyuq əti ilə sürtgəcdən keçirdilmiş yumurtanı qarışdırın, duz və istiot əlavə edin, qarışdırın və içlik artıq hazırdır.

6.Alınmış içliyi mümkün qədər sıx şəkildə pomidorun içinə doldurun. Doldurulmuş pomidorları tavaya düzün, üzərinə sürtgəcdən keçirdilmiş pendir əlavə edin və kəsdiyiniz qapaqcıqları üzərinə qoyun. Tavaya pomidorun xırda-xırda doğranmış özəklərini, bir qədər bitki yağı və 100-150 ml su əlavə edin. Qapağını örtün və 15 dəqiqə orta odda bişirin.

7.Hazır pomidorları boşqaba düzün və üzərinə sous əlavə edin. Dadlı şam yeməyi hazırdır!

Nuş olsun!
Etiketlər: xırda, əlavə, üzərinə, toyuq, qədər, tavaya, doğranmış, qızardın, düzün, qaşığı, Qızardılmış, dəqiqə, qoyun, sürtgəcdən, keçirdilmiş, qarışdırın, çıxardın, gözündən, pomidorları, pomidorun
BİZİ İZLƏYİN