• Ton balıqlı pasta kapers və çerri pomidorları ilə resepti

Reseptin məlumatları Baxış sayı: 2 788

Tarix : 12-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
konservləşdirilmiş ton balığı,
spaqetti,
kaperslər,
çerri pomidorları,
sarımsaq,
parmezan pendiri,
cəfəri

Hazırlanması:
1. Spaqetti üçün 1 porsa 1 litr hesabı ilə qaynamağa su qoyun. Sarımsağı təmizləyin, çerri pomidorlarını ortadan kəsin, cərəfini doğrayın.

2. Qaynayan suya 1 x.q. duz, 1 x.q. günəbaxan yağı əlavə edin və pastanı yapışmaması üçün daimi qarışdıraraq qazana tökün. Hər 2 dəqiqədən bir qarışdırın və hazır olmasına kimi 7 dəqiqədən 10 dəqiqəyədək bişirin (daha yumşaq pasta olmasını istəyirsinizsə pastanı bir qədər çox bişirin). Pasta hazır olduqdan sonra süzgəcə tökün və suyunu süzün.

3. Orta odda qızdırılmış dərin tavaya yağ və çerri pomidorlarını əlaə edin. Kapersi, sarımsaqı və əvvəlcədən çəngəl ilə yumşaldılmış tona balığını əlavə edin. 1 dəqiqə ərzində qızardın, odu söndürün, üstündən hazır pastanı əlavə edin və qarışdırın.

4. Boşqaba boşaldın və üstünə sürtgəcdən sürtülmüş parmezanı və cəfərini tökün.

Nuş olsun!
Etiketlər: çerri, tökün, hazır, pastanı, əlavə, qarışdırın, pomidorlarını, dəqiqədən, bişirin, qədər, istəyirsinizsə, qızdırılmış, dərin, süzün, suyunu, tavaya, Pasta, sonra, süzgəcə, olduqdan
BİZİ İZLƏYİN