• Küncütlü can əti beybi-kerrots kökü və tərəvəzlərlə resepti

Reseptin məlumatları Baxış sayı: 3 057

Tarix : 16-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
can əti,
toyuq yumurtası,
un,
küncüt tumları,
göyərti,
dondurulmuş tərəvəzlər,
beybi-kerrots kökü

Hazırlanması:
1. Tərəvəzləri qablaşdırmadan çıxardın, buzun açılmasılması üçün kənara qoyun və suyunu süzün.

2. Can ətini qablaşdırmadan çıxardın və 4 sm enində medalyonlara kəsin, mətbəx çəkiçi ilə döyün. Məsləhət: ətin sıçramaması üçün onu polietilen paketə qoyun və bundan sonra döyün. Əti hər iki tərəfdən duzlayın və istiotlayın.

3. Üç qab götürün – biri dərin, ikisi yastı. Qabların birinə küncüt tumlarını boşaldın. Başqa bir qaba un tökün. Üçüncü (dərin) qabda çəngəl ilə toyuq yumurtasını çalın.

4. Əti öncə una, sonra isə çalınmış yumurtaya batırın. Daha sonra dərhal əti küncüt tumlarına batırın (bunu hər iki tərəfdən edin).

5. Orta odda qızıdırılmış tavaya yağ əlavə edin. Əri qızdırılmış yağda qızardın. Qızılı rəng alanadək ətin bir tərəfini qızardın. Daha sonra isə əti çəngəl ilə çevirin və alovun gücünü azaldaraq yarıbağlı qapaq ilə digər tərəfdən qızardın.

6. Donu açılmış tərəvəzləri ətə qatın və 1-2 dəqiqə ərzində qızardın. Duzalyın, istiotlayın. -

7. Hazır əti isti-isti süfrəyə dərhal təqdim etsəz yaxşı olar. Təamı tərəvəzlər və göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: qızardın, sonra, küncüt, tərəfdən, toyuq, çıxardın, qoyun, istiotlayın, qablaşdırmadan, dərhal, göyərti, çəngəl, döyün, tərəvəzlər, dərin, batırın, alanadək, Qızılı, qızıdırılmış, tumlarına
BİZİ İZLƏYİN