• Övriştə resepti

Reseptin məlumatları Baxış sayı: 605

Tarix : 22.05.2018, 12:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1 toyuq (800 qr yaxud 1kq)
5-6 soğan
1 ovuc zoğal
Ərinmiş kərə yağı
Sarıkök, duz, su

Hazırlanması:
Toyuğu parçalara böldüm, duz və sarıkök vurub əlimlə hər tərəfinə sürdüm.
Tavada kərə yağında o yüz, bu yüz azacıq qızartdım. Kənara qoydum, həmən o tavaya birazda yağ qoydum və aypara şəklində nap nazik doğranmış soğanı dayanmadan qarışdıraraq qızartdım. Amma soğanı əzməyin. Əvvəlində bir cimdik şəkər, axıra yaxın 1 cimdik sarıkök və zövqə görə duz vurun. Qızarmış soğanı qaşıqla tavanın bir kənarına yığdım, zoğalı əlavə etdim və 4-5 dəq yağın içində zəif odda bişirdim.
Mən zoğalın tumunu çıxartmıram, siz istəsəz əvvəldən çıxardın.
Sonra toyuğu tavaya əlavə edin, soğançanı ehtiyatla üstünə yerləşdirin, yarım stakandan 1 barmaq az su yaxud toyuq suyu vurun, qapağı örtün və 10 dəq vam odda bişirin. Altını söndürün və 10-15 dəq gözləyin yemək "yetişsin", dəmlənsin, təamlar bir birinə keçsin

P.S. mən cavan sütül kənd çolpasıyla bişirdim, əvvəldən suda bişirməyə ehtiyac yox idi. Əgər siz qartmış, qoca toyuqla bişirsəz, onda biraz suda bişirin.
Övriştənin yanında adətən aş verirlər.

Nuş olsun!

Etiketlər: soğanı, cimdik, tavaya, qoydum, vurun, toyuq, bişirin, əvvəldən, bişirdim, qızartdım, əlavə, sarıkök, yaxud, barmaq, gözləyin, stakandan, qapağı, örtün, Altını, yarım
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica