• Toyuqlu tikə kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 3 839

Tarix : 20-05-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
Toyuğun döş əti 200 qr
1 yumurta
1-2 y.q. smetan
1 y.q. qardalı nişastası
1 y.q. çörək qırıntısı( suxari)
Keşniş yada cəfəri
Duz , istiot
Qızartmaq üçün yağ

Hazırlanması:
1. Döş ətini çox xırda tikələrə bölmək. Bir qaba yığmaq və bura 1-2 y.q. smetan əlavə edin, yaxşı qarışdırın.
2. Göyərtini çox xırda doğramaq, toyuğa əlavə etmək.
3. Qardalı nişastası, duz və istiotu vurun, yumurta qırın, yaxşı qarışdırın.
Əgər məhlul çox duru alınsa, bura 1-2 y.q. çörək qırıntısı əlavə edin ki yığılsın. Ancaq çox qatılaşdırmayın.
4. Tavada yağı isidin və bura məhluldan yemək qaşığı ilə götürüb yağın içinə yumru ləpik şəklində buraxın. Hər iki tərəfini orta od üstündə qızardın.

Nuş olsun!
Etiketlər: əlavə, qırıntısı, yaxşı, qarışdırın, çörək, xırda, smetan, yumurta, nişastası, yemək, qaşığı, məhluldan, isidin, yığılsın, Ancaq, qatılaşdırmayın, Tavada, götürüb, şəklində, buraxın
BİZİ İZLƏYİN