• Vareniki resepti

Reseptin məlumatları Baxış sayı: 13 253

Tarix : 4-06-2018, 12:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
200 qr. yağlı xama və ya qatıq
2 st. un
1 yumurta
3 x.q. bitki yağı
1 dolu olmayan ç.q. çay sodası
duz

İçlik:
3 orta boy kartof
1 baş soğan
duz
istiot

Üstü üçün:
1 baş soğan
xama

Hazırlanması:
1.Yumurtanı əl çırpanı ilə biraz çalırıq. İçinə xama əlabə edirik və yaxşı qarışdırırıq. Bitki yağı tökürük, biraz duz səpirik. Qarışdırırıq.
2.ələnmiş unu çay sodası ilə qarışdırırıq və yavaş yavaş əlavə edirik. Xəmir yoğururuq.
3.Qabdan xəmiri masaya qoyun və masanın üstündə 10 dəqiqə ərzində yoğurmağa davam edin. Çox un doldurmayın. Yoğurmağı bitirəndə xəmir ələ yapışnamalıdır.
4.Hazır xəmiri 1 saat bağlı şəkildə saxlayırıq.
5.Bu vaxtı içliyi hazırlayaq. Kartofu qabığından soyub duzdu suda bişiririk. Soğanı xırda doğrayıb tavada bitki yağında qızardırıq.
Hazır kartofu əzib içinə qızarmış soğan əlavə edirik.
Biraz kərə yağı əlavə edirik və yaxşı qarışdırırıq.
6.Hazır xəmiri kündələrə ayırıb yayırıq. Stakanın ağzı ilə kəsirik. İçinə 1 ç.q. içlik qoyuruq və uclarını sıx bağlayırıq.
7.Hazır varenikləri qaynar suda 4-5 dəqiqə bişiririk.
8.Üstünə qoymaq üçün ayrıca soğan qızardılır. Süfrəyə xama ilə verilir.
Böyük etməyin çünki suda bişən zaman iki dəfə şişir. Lap böyüyü gözəl görünmür.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: soğan, Hazır, edirik, xəmiri, qarışdırırıq, əlavə, İçinə, yaxşı, yavaş, dəqiqə, biraz, bitki, bişiririk, sodası, ayırıb, Biraz, kündələrə, yayırıq, kəsirik, duzdu
BİZİ İZLƏYİN