• Heyvalı, bol göyərtili kələm dolma resepti

Reseptin məlumatları Baxış sayı: 4 079

Tarix : 6-06-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 böyük kələm
1 kilo çəkilmiş mal əti
4 baş soğan
1/2 st. yumru düyü
1 iri kök
duz
istiot

Sous üçün:
1 x.q. kərə yağı
2 x.q. tomat pastası və ya təzə soyulmuş pomidor
1/2 st. su

Hazırlanması:
1.Kələm yarpaqlarını yavaş kələmdən ayırın. Bütov qalsınlar
2.İri qazanın içinə su doldurun və yüksək atəşdə qaynadın. Qaynayan suyun içinə kələm yarpaqlarını yerləşdirin. Biraz yumuşalan kimi sudan çıxardın və kənarda soyudun.
3.İçliyi hazırlayaq. Baş soğanları xırda doğrayln. Tavaya yağ əlavə edin və soğanı rəngi dəyişənə kimi qızardın.
4.Kökün qabığını soyun və iri sürtkəcdə rəndələyin.
5.Dərin qaba qızarmış soğanı, kökü, çəkilmiş əti, düyünü, duzu, istiotu əlavə edin. Yaxşı qarışdırın.
6.Hər kələm yarpağına iki dolu x.q. içlik qoyun və bükün.
7.Qazana düzün.
8.Ayrı tavada kərə yağı əridin içinə tomat pastası əlavə edin. Biraz qızardın. İçinə su əlavə edin və tomat pastasını tam həll edin.
Hazır sousu dolmanın üstünə əlavə edin.
9.Qazanın qapağını bağlayın və 30 dəqiqə orta atəşdə bişirin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, içinə, kələm, tomat, atəşdə, Biraz, qızardın, yarpaqlarını, soğanı, çəkilmiş, pastası, Yaxşı, qarışdırın, Kökün, yarpağına, istiotu, düyünü, sürtkəcdə, soyun, içlik
BİZİ İZLƏYİN