Tərkibi:3 böyük badimcan
2 pomidor
2 bolqar biber
1 böyük kök
2 baş soğan
3 diş sarimsaq
1 x.q. tomat pastası
Duz
Istiot
Sarikok
Hazırlanması:1.Baş soğanı və sarımsağı xırda kəsirik. Tavaya bitki yağı əlavə edirik və soğanla sarımsağı qovururuq.
2.Kökü sürtkəcdən keçirdib əlavə edirik tavaya.
3.Xırda kəsilmiş boqar bibəri əlavə edirik.
4.Xırda kəsilmiş badımcanı əlavə edirik və qarışdırırıq. Badımcan bütün yağı canına çəkəcək və dibi tuta bilər. Amma əlavə yağ etmirik, çünki sonda badımcan bişəndə yağ üzə çıxacaq.
5.Pomidorların qabığını soyub, xırda kəsin və əlavə edin tavaya.
6.Bir x.q. tomat pastasını 2 x.q. su ilə qarışdırıb əlavə edin tavaya.
7.Duz, istiot, sarıkök səpin və qarışdırın.
8.Qapağı bağlayıb 30-40 dəqiqə bişiririk, arada qarışdırırıq ki, dibi tutmasın.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, tavaya, Xırda, xırda, tomat, sarımsağı, kəsilmiş, böyük, qarışdırırıq, qabığını, çünki, etmirik, Pomidorların, sonda, soyub, badımcan, bişəndə, çıxacaq, kəsin