• Kuçmaçi resepti

Reseptin məlumatları Baxış sayı: 4 381

Tarix : 13-07-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
300 qr. toyuq ürəyi
300 qr. toyuq pətənə
300 qr. toyuq ciyəri
3 baş soğan
4 diş sarımsaq
1 ç.q. keşniş toxumu (üyüdülmüş)
1 ç.q. qırmızı istiot (zövgə görə acılığı özünüz təyin edin)
duz
təzə keşniş
nar (məndə yox idi)

Hazırlanması:
Toyuq içalatını yaxşı yuyuruq və təmizdəyirik. Xırda kəsirik. Qazana əlavə edib bişiririk. Baş soğanı yarından bölüb kəsirik və günəbaxan yağda qızardırıq. Bişmiş içalatı yanına əlavə edirik. Sarımsağı əzirik və bütün ədviyyatlarla qarışdırırıq. Ətin yanına əlavə edirik və bir yerdə biraz qızardırıq. Servis edəndə üsdünə nar və göyərti səpirik.

İçalatı suda bişirməyib elə soğanla bir yerdə qızarda bilərsiz həmən. Gürcülər qırmızı çağırda əlavə edirlər 1/2 stakan. Mən etmədim, siz istəsəz edə bilərsiz.

Nuş olsun!
Etiketlər: əlavə, toyuq, qırmızı, kəsirik, yerdə, bilərsiz, keşniş, qızardırıq, yanına, edirik, Servis, qarışdırırıq, biraz, bütün, Sarımsağı, əzirik, edəndə, ədviyyatlarla, göyərti, çağırda
BİZİ İZLƏYİN