• Şkmeruli resepti

Reseptin məlumatları Baxış sayı: 3 313

Tarix : 11-07-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 ədəd toyuq (xırda cücə olsa daha yaxşıdır)
1 x.q. qara istiot
1/2 ç.q. paprika
zövgə görə xmeli-suneli
duz
kərə yağı

Sous üçün:
1 stakan süd
1 stakan qaymaq
5 diş sarımsaq

Hazırlanması:
Toyuğu yuyub, kəsirik. Ədviyyatlarla yaxşı sürtürük və kərə yağımda qızarmağa qoyuruq.
Bütöv edirsinizsə üsdünə ağır bir şey qoyun ki, toyuq tabaka kimi bişsin.
Toyuq qızarandan sonra tavadaki yağı süzqəcdən süzürük. Soba qabına əlavə edirik aldığımız yağı. Üsdünə süd, qaymaq və sürtkəcdən keçirilmiş sarımsaq əlavə edirik. Toyuğuda qabın içinə düzürük. Sobada 180 dərəcədə 15 dəq. bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: sarımsaq, qaymaq, stakan, toyuq, edirik, əlavə, qabına, süzqəcdən, qızarandan, Toyuq, sonra, tavadaki, aldığımız, süzürük, sürtkəcdən, düzürük, Sobada, dərəcədə, bişiririk, içinə
BİZİ İZLƏYİN