• Gürcü xəngəli resepti

Reseptin məlumatları Baxış sayı: 17 470

Tarix : 9-07-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
4 stakan un
1 stakan soyuq su
1 yumurta
duz
Bərk xəmir alınmalıdır və əslində xəmiri 2-4 saat yoğurmaq lazımdır. Əgər evinizdə xəmir yoğuran robotu varsa ondan istifadə edin.

İçlik:
1 kg mal əti (gürcülər donuz əti ilə yarı yarıya edir)
2-3 diş sarımsaq
keşniş
2 soğan
xmeli-suneli
duz
istiot
biraz su

Hazırlanması:
Xəmiri yoğurduqdan sonra şəkildə gördüyünüz kimi yayıb stakanla kəsirik. Sonra onlarıda yayırıq. İçlik qoyuruq. İçlik biraz sulu olmalıdır ki, xəngəlin içində bulyon əmələ gəlsin. Dairənin kənarından başlayaraq qatlaya-qatlaya büzün. Boğça alınmalıdır. Yuxarısını yaxşı sıxın. Uzun alındısa onu biraz bıçaqla kəsin. Gürcülər deyir ki, 20 qatdan az olmamalıdır. Amma bu artıq vaxtnan gəlir,əl öyrəşəndə.
Düzlü suda bişiririk. Xəngəl qazanda üzə çıxan kimi 10 dəq. sonra hazırdır. Xəmiriniz elə olmalıdır ki, suda cırılmasın. Xəngəl xəmirini soyuducuda 3 gün saxlaya bilərsiz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: İçlik, biraz, sonra, Xəngəl, qatlaya, stakan, xəmir, alınmalıdır, olmalıdır, kəsin, bıçaqla, sıxın, alındısa, yaxşı, büzün, Dairənin, gəlsin, kənarından, başlayaraq, Boğça
BİZİ İZLƏYİN