• Zirincli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 415

Tarix : 2.07.2018, 12:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 kilo toyuq
5 baş soğan
50 qr. zirinc
100 qr. kərə yağı
sarıkök
duz
istiot

Hazırlanması:
Toyuğu tikələrə bölürük. Qazana düzüb üstünə su əlavə edirik. Biraz duz səpirik. Az xodda 1 saat bişiririk. Suyu çəkilməlidir, az bulyon qalmalıdır.
Soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Kərə yağını tavada əridib, soğanı əlavə edirik. Soğan qızaranda sarıkök, duz ,istiot əlavə edirik. Bişmiş toyuğu üsdünə qoyuruq. Qalmış bulyondan biraz üstünə əlavə edirik. Zirinci toyuğun üstünə səpirik. 10 dəqiqə az xodda bir yerdə bişiririk.
Mən bu yeməyi aşın yanına edirəm, ona görə yağını bol olur. Siz daha az qata bilərsiz. İstəyə bağlıdır.

Nuş olsun!

Etiketlər: edirik, əlavə, üstünə, yağını, səpirik, xodda, sarıkök, bişiririk, bulyondan, qoyuruq, duzistiot, qızaranda, Bişmiş, toyuğu, biraz, üsdünə, Qalmış, toyuğun, edirəm, bilərsiz
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica