• Asiya üsulu düyü (plov) resepti

Reseptin məlumatları Baxış sayı: 350

Tarix : 14.08.2018, 12:00

Bölmə : Quru yeməklər, Aş - Plov, Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : bahasun


Tərkibi:
2 st. düyü
1 baş brokkoli
300 qr. göbələk
1 baş soğan
2 diş sarımsaq
2 yumurta
50 qr. soya sousu
1 ç.q. paprika ( qırmızı şirin bibər tozu)
duz
istiot

Hazırlanması:
1. Düyü suda bir neçə dəfə yuyulur, elə ki, ağ su tamamilə çıxmamalıdır. Qaynar, duzlu suya əlavə olunur və yarıçiy hala kimi bişirilir.
2. Hazır düyünü aş süzənə tökürük və üstünə qaynanmış su gəzdiririk. Bu cür duyu qalır və soyuyur.
3. Baş soğan və sarımsaq xırda doğranılır. 2 x.q. bitki yağında rəngi dəyişənə kimi qızardırılır.
4. Brokkoli xırda kəsilir və qızarmış soğanın yanına əlavə olunur. 5 dəqiqə bir yerdə qızardırılır, duz və istiot səpilir. Sonra başqa qazana köçürdürülür və qapağı bağlanır.
5. Hemin tavaya xırda doğranmış göbələklər əlavə olunur və suyu tam çəkilənə kimi qızardırılır. Duz və istiot səpilir. Göbələklər başqa tərəvəzlərin yanına köçürülür.
6. Yumurtalar bir qaba vurulur və çırpılır, qaynar tavada iki tərəfli qızqrdırılır. Hazır yumurta kəsilir və tərəvəzlərin yanına əlavə olunur.
7. Tavaya 1 x.q. kərə yağı və 2 x.q. bitki yağı əlavə olunur. Üstünə paprika və soya sousu tökülür, qarışdırılır. Düyünü əlavə edirik tavaya və qarışdıra qarışdıra 5 dəqiqə qızardırıq. Fikir verin düyü çox qurumasın.
8. Düyü tərəvəzlərin yanına köçürdülür və qarışdırılır. 30 dəqiqə bağlı qapaqla saxlanılır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)

Etiketlər: əlavə, olunur, yanına, dəqiqə, istiot, qızardırılır, tərəvəzlərin, xırda, soğan, Hazır, bitki, qarışdırılır, kəsilir, qarışdıra, paprika, sousu, yumurta, sarımsaq, tavaya, başqa
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica