• Stamppot resepti

Reseptin məlumatları Baxış sayı: 3 629

Tarix : 18-08-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : bahasun


Tərkibi:
5 orta boy kartof
250 qr ispanaq
100 qr. kərə yağı
süd
duz istiot

Küftəciklər üçün:
500 qr mal əti ( çəkilmiş )
1 baş soğan ( çəkilmiş )
1 yumurta
1 st. suxari ( quru çörək qırıntıları )
duz
istiot

Sous üçün:
2 kubik ət bulyonu
1 x.q. kərə yağı
1 ç.q un

Hazırlanması:
1. Kartoflar soyulur və suda bişirilir. İspanaq ayrıca suda 5 dəqiqə ərzində bişirilir.
2. Kartof bişəndə suyu süzülür və içinə ispanaq, kərə yağı, süd, duz, istiot əlavə olunur. Purə əzənlə hamısı püre halına gətirilir.
3. Küftəciklər üçün lazım olan hər şey dərin qaba əlavə olunur və 5 dəqiqə ərzində yaxşı qarışdırılır. Küftəciklər formaya salınır.
4. Qazanda su qaynadılır və içinə küftəcilər əlavə olunur. 5 dəqiqə sonra küftəcikləri sudan çıxardıb, yağ əlavə olunmuş tavada hər tərəfli qızardırılır. Başqa cürdə etmək olar, sadəcə küftəcikləri suda bişirməmiş sobada bişirmək.
5. Qazanın içində kərə yağı əridilir içinə un əlavə olunur. Bütün un topları açılır. əti qaynatdığımız sudan 2 st. götürülür və qazana tökülür. Kubik bulyonu əlavə olunur və 10-15 dəqiqə qaynadılır. Sous biraz qatışmalıdır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, olunur, dəqiqə, istiot, içinə, Küftəciklər, küftəcikləri, bulyonu, çəkilmiş, bişirilir, sudan, qaynadılır, ispanaq, ərzində, sobada, sadəcə, bişirməmiş, Başqa, tavada, olunmuş
BİZİ İZLƏYİN