• İspanaqlı toyuq sobada resepti

Reseptin məlumatları Baxış sayı: 4 640

Tarix : 21-08-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Şef / Mənbə : bahasun


Tərkibi:
6 toyuq budu ( budun üst hissəsi)
4 diş sarımsaq
300 qr. təzə ispanaq
200 qr. xama
2 x.q. bitki yağı
100 qr. parmezan pendiri ( istədiyiniz pendirlə əvəz edə bilərsiniz)
duz
istiot

Hazırlanması:
1. Toyuq bunlarına düz və istiot sürtülür.
2. Tavaya bitki yağı əlavə olunur və toyuq budları dəri tərəfindən düzülür. Hər tərəfi 3-4 dəqiqə ərzində yüksək atıştə qızardırılır.
Budlar tavadan götürülür.
3. Sarımsaq dişlərin hər biri 4 yerə bölünür və toyuq qızardığımız tavaya əlavə olunur. 1 dəqiqə ərzində qızardırılır.
Üstünə xama əlavə olunur və yaxşı qarışdırılır. Üstünə ispanaq əlavə olunur. Qapağı bağlanır və 5 dəqiqə ərzində bişirilir. Sous tam qatılaşmalıdır. Sonda sürtkəcdən keçirilmiş pendir əlavə olunur və qarışdırılır.
4. Soba qabına əvvəl sous əlavə olunur, üstünə isə qızarılmış toyuq.
220 dərəcədə 25 dəqiqə üstü qızarana kimi sobada bişirilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, olunur, dəqiqə, toyuq, ərzində, bişirilir, qarışdırılır, istiot, Üstünə, ispanaq, bitki, qızardırılır, qızardığımız, bölünür, bağlanır, tavaya, yaxşı, Qapağı, sürtkəcdən, dərəcədə
BİZİ İZLƏYİN