• Niderlandsayağı gulyaş resepti

Reseptin məlumatları Baxış sayı: 5 389

Tarix : 22-08-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : bahasun


Tərkibi:
500 qr. sümüksüz mal əti
1 baş soğan
2 diş sarımsaq
4 kartof
3 kök
2 x.q. un
1 ç.q. paprika
1 ç.q. kəklikotu
1 ç.q. toz sarımsaq
1 ç.q. duz
1/4 ç.q. qara istiot
1 dəfnə yarpağı
400 qr. pomidor öz şirəsində
200 qr. bişmiş qırmızı lobya

Üstü üçün:
göyərti

Hazırlanması:
1.Baş soğan və sarımsaq xırda doğranılır. Bitki yağında biraz qızardırılır.
2. Ət orta tikələrə kəsilir. Selofan bir torbanın içinə qoyulur, üstünə un və bütün ədviyyatlar tökülür. Torbanın ağzı bağlanır. İçindəkilər qarışdırılır. Ət qızarmış soğanın üstünə əlavə olunur və 2-3 dəqiqə qızardırılır. Qazana pomidor, dəfnə yarpağı əlavə olunur. 1 st. su əlavə olunur və 1 saat az atəşdə bişirilir. Ara bir qarışdırılır dibi tutmasın.
3. Kartof və kök soyulur, yarıdan kəsilir.
4.Bişmiş ətin üstünə kartof və kök düzülür.
5. Bişmiş lobya əlavə olunur.
6. Kartof hazır olana kimi bişirilir.
7. Üstünə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, olunur, sarımsaq, üstünə, qarışdırılır, xırda, göyərti, Bişmiş, bişirilir, kəsilir, qızardırılır, Kartof, lobya, pomidor, soğan, dəfnə, kartof, yarpağı, tutmasın, qızarmış
BİZİ İZLƏYİN