• Şabalıdlı, heyvalı, bol göyərtili kələm dolması resepti

Reseptin məlumatları Baxış sayı: 5 575

Tarix : 29-09-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
1 böyük kələm
1 kilo çəkilmiş mal əti
4 baş soğan
1/2 st. yumru düyü
1 iri kök
duz
istiot

Sous üçün:
1 x.q. kərə yağı
2 x.q. tomat pastası və ya təzə soyulmuş pomidor
1/2 st. su

Hazırlanması:
1.Kələm yarpaqlarını yavaş kələmdən ayırın. Bütov qalsınlar
2.İri qazanın içinə su doldurun və yüksək atəşdə qaynadın. Qaynayan suyun içinə kələm yarpaqlarını yerləşdirin. Biraz yumuşalan kimi sudan çıxardın və kənarda soyudun.
3.İçliyi hazırlayaq. Baş soğanları xırda doğrayln. Tavaya yağ əlavə edin və soğanı rəngi dəyişənə kimi qızardın.
4.Kökün qabığını soyun və iri sürtkəcdə rəndələyin.
5.Dərin qaba qızarmış soğanı, kökü, çəkilmiş əti, düyünü, duzu, istiotu əlavə edin. Yaxşı qarışdırın.
6.Hər kələm yarpağına iki dolu x.q. içlik qoyun və bükün.
7.Qazana düzün.
8.Ayrı tavada kərə yağı əridin içinə tomat pastası əlavə edin. Biraz qızardın. İçinə su əlavə edin və tomat pastasını tam həll edin.
Hazır sousu dolmanın üstünə əlavə edin.
9.Qazanın qapağını bağlayın və 30 dəqiqə orta atəşdə bişirin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, içinə, tomat, kələm, Biraz, qızardın, çəkilmiş, yarpaqlarını, atəşdə, soğanı, pastası, Yaxşı, qarışdırın, içlik, yarpağına, istiotu, rəndələyin, soyun, qabığını, Kökün
BİZİ İZLƏYİN