• Balqabaqlı plov resepti

Reseptin məlumatları Baxış sayı: 6 652

Tarix : 7-10-2018, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Şef / Mənbə : bahasun


Tərkibi:
3 st. uzun düyü
500 qr. toyuq filesi
300 qr. balqabaq
2 baş soğan
12 ədəd şabalıd
1 kubik toyuq bulyonu
1/2 ç.q. tmin (zirə ədviyyatı)
1/2 ç.q. sarıkök
duz
istiot
günəbaxan yağı

Hazırlanması:
1.Dərin və qalın qazanın içinə günəbaxan yağı tökürük və qızdırırıq. İçinə tmin və sarıkök əlavə edirik. Qarışdırırıq.
2.Soğanı xırda kəsib əlavə edirik qızğın yağa, rəngi dəyişənə kimi qovuraraq qızardırıq.
3.Toyuğu orta tikələrə kəsirik. Qızarmış soğana əlavə edirik.
4.Balqabağın qabığını soyuruq və içini təmizləyirik. Orta hissələrə doğrayıb əlavə edirik toyuğa.
5.Duz və istiot əlavə edirik. Qarışdırırıq.
6.Bişmiş və qabığı soyulmuş şabalıdı əlavə edirik toyuğa.
7.Düyünü yuyuruq, ağ suyu tam çəkilsin.
8.Düyünü düzürük qızardığımız balqabaqlı toyuğa.
9.Toyuq bulyonu kubiki 2 st. isti suda qarışdırırıq. Əəlavə edirik düyünün üstünə. (Su çox olmamalıdır yalnız biraz düyünün üstünü örtməlidir, əks halda düyü dağılacaq)
10.Qapağı bağlayıb 20-25 dəqiqə az atəşdə bişiririk. Suyu tam çəkiləndə altını keçirdib 30 dəqiqə qapağı bağlı saxlayın.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, əlavə, toyuğa, dəqiqə, günəbaxan, düyünün, Düyünü, istiot, toyuq, Qarışdırırıq, bulyonu, sarıkök, kubiki, Toyuq, balqabaqlı, qarışdırırıq, bağlı, Əəlavə, qızardığımız, çəkilsin
BİZİ İZLƏYİN