• Toyuqlu raqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 575

Tarix : 18-09-2014, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
70 q quyruq (bunun əvəzinə zeytun yağı da götürə bilərsiniz)
2 toyuq budu
6-8 orta boy kartof
1 iri badımcan
1 iri bolqar bibəri
4 orta boy pomidor
3 iri soğan
sarımsaq
qara istiot
1 x.q. quru acika
1 ç.q. şəkər tozu

Hazırlanması:
Soğanı yarımhalqa, bibəri, kartofu, badımcanı balaca kubik, pomidoru nazik halqalara doğrayın. Qazanın dibinə doğranmış quyruğu qoyun (2-3 x.q. zeytun yağı ilə əvəz edə bilərsiniz). Üstünə doğranmış toyuq budunu, bunun üzərinə soğanın 2/3-ni düzün. Duzlayın. Şəkər tozu və acika səpin. Badımcanın 2/3-ni, pomidoru üstündən döşəyin. Qara istiot səpin. Kartofu, üstündən isə badımcanın, sonra soğanın qalanını döşəyin. Üstünə doğranmış bibəri və sarımsağı səpin. (İstəyə görə zirə, göyərti, acı istiot da əlavə edə bilərsiniz).

Qazanın qapağını kip bağlayın.
Qaynayanda ocağı azaldıb 1,5 saat bişirin. Sonra söndürüb yarım saat qapağını açmadan dəmləyin.
Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT

Toyuqlu raqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bilərsiniz, doğranmış, istiot, səpin, bibəri, Qazanın, zeytun, soğanın, acika, pomidoru, qapağını, bunun, döşəyin, Üstünə, toyuq, üstündən, sonra, qalanını, Şəkər, Kartofu
BİZİ İZLƏYİN