• 7 şvab toyuğu resepti

Reseptin məlumatları Baxış sayı: 14 360

Tarix : 18-09-2014, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 iri toyuq

İç üçün:
100 q əriştə
1 soğan
100 q qaraciyər
100 göbələk konservi
1 x.q. yumşaq pendir
reyhan
muskat cevizi

Hazırlanması:

Toyuğu təmizləyin, üzərinə duz, istiot, başqa bəyəndiyiniz ədviyyat çəkin. Əriştəni azca duzlanmış suda tam hazır olanadək bişirin.

Doğranmış soğanı, qaraciyəri 3-5 dəqiqə qovurun. Sonra göbələk və 3-4 x.q. su əlavə edin, daha 3 dəqiqə bişirin. Ədviyyat əlavə edib, pendir və əriştəylə qarışdırın. Soyudun.

Toyuğun içini bu qarışıqla doldurun, tikin. Üzərinə ərinmiş kərə yağı çəkin. Üstünə folqa çəkib sobada 1 saat 15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, pendir, göbələk, əlavə, çəkin, qarışdırın, Soyudun, Ədviyyat, əriştəylə, Sonra, qaraciyəri, qovurun, Toyuğun, qarışıqla, folqa, çəkib, sobada, olsun, Üstünə
BİZİ İZLƏYİN