• Suxarikli ət resepti

Reseptin məlumatları Baxış sayı: 5 155

Tarix : 10-11-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : menim_sufrem


Tərkibi:
300 qr ət (sümüksüz),
200 qr suxarik,
2 ədəd baş soğan (orta ölçülü),
1 st bulyon,
duz, istiot, sarıkök

Hazırlanması:
Əvvəlcə əti xırda kublar şəklində doğrayıb, qaynadırıq. Soğanı “samanvari” doğrayıb, yağda qovururuq. Üzərinə bulyonunu süzdüyümüz əti əlavə edib, birlikdə 5-7 dəqiqə qovururuq. Son olaraq suxarikləri əlavə edirik və ətin bulyonundan az-az götürüb üzərində gəzdirərək tökürük. Duz, istiot və sarıkök əlavə edib, 7-10 dəqiqə bişdikdən sonra ocaqdan götürürük. İstəyə görə düyü, kartof qızartması və ya qarabaşaqla birlikdə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sarıkök, qovururuq, doğrayıb, istiot, birlikdə, dəqiqə, tökürük, gəzdirərək, bulyonundan, edirik, bişdikdən, götürüb, üzərində, ocaqdan, qarabaşaqla, süfrəyə, bilərsiniz, qızartması, Kartoflarla
BİZİ İZLƏYİN