• Səbzi qovurma resepti

Reseptin məlumatları Baxış sayı: 297

Tarix : 1.12.2018, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : r_sevdaa




Tərkibi:
mal əti,
2 st. uzun düyü,
4-5 ədəd baş soğan,
1 dəstə keşniş,
1 dəstə şüyüd,
1 dəstə cəfəri,
1 dəstə ispanaq,
2 dəstə turşəng(quzuqulağı),
2 dəstə kəvər,
3-4 ədəd göy soğan,
nar,
duz, istiot, sarıkök,
yağ

Hazırlanması:
Əvvəlcə mal ətini doğrayıb, 1 baş soğanla birlikdə suda qaynadırıq.
*Qeyd. Əti 1 saat əvvəldən soyuq suda saxlamaq və ya 1 buğum qaynatdıqdan sonra ətin kəfini təmizləyib, yenidən təmiz suda qaynatmaq məsləhət görülür.
Qalan soğanları nazik yarım halqalar şəklində kəsib, üzərinə duz, sarıkök əlavə edərək yağda qovururuq. Soğanın rəngi biraz dəyişdikdən sonra bişmiş ətləri əlavə edirik. Ardınca doğranmış göyərtiləri töküb, 3-4 dəqiqə birlikdə qovururuq. Son olaraq nar əlavə edirik.
Plov üçün düyünü əvvəlcədən isladıb, 3-4 saat suda saxlayırıq. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük. Qazana töküb, üzərində yağ gəzdiririk və dəmə qoyuruq. Servis edən zaman plovun üzərinə hazırladığımız səbzidən qoyub süfrəyə veririk.

Nuş olsun!

Etiketlər: dəstə, əlavə, sonra, düyünü, sarıkök, birlikdə, edirik, soğan, töküb, üzərinə, qovururuq, dəqiqə, əvvəlcədən, isladıb, olaraq, Ardınca, dəyişdikdən, biraz, bişmiş, ətləri
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica