• Portuqal kaldeyradası resepti

Reseptin məlumatları Baxış sayı: 9621

Tarix : 24.03.2016, 13:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
500 q cod balığı (treska)
2 diş sarımsaq
1 bolqar bibəri
1 baş soğan xırda doğranmış
4-5 ortaboy kartof
2 böyük pomidor
150 q göy lobya
3 x.q. zeytun yağı
1 fincan su və ya balıq bulyonu
dəfnə yarpağı
1 çimdik zəfəran və ya sarıkök (rəng üçün)
cəfəri
duz istiot

Hazırlanması:
Qalın dibli qazanda zeytun yağını qızdırın, orta itilikli odda xırda doğranmış soğanı və əzilmiş sarımsağı təxminən 4 dəqiqə qızardın. Kubik doğranmış pomidoru, bolqar bibərini əlavə edib 5 dəqiqə qovurun.

İri doğranmış kartofu, bulyonun, yaxud suyun yarısını, dəfnə yarpağını, bir çimdik zəfəran və ya sarıkök əlavə edib qazanın qapağını örtün. Vam odda 10 dəqiqə bişirin.

Yeməyin mayesi azalarsa, suyun və ya bulyonun qalanını da əlavə edin, iri doğranmış yaşıl lobyanı, doğranmış balığı əlavə edib daha 10 dəqiqə bişirin.

Sonda doğranmış cəfəri əlavə edin.

Hazır şorbanın üzərinə qırmızı, yaxud qara istiot səpə bilərsiniz.

Nuş olsun!

Etiketlər: doğranmış, əlavə, dəqiqə, istiot, dəfnə, zeytun, çimdik, zəfəran, sarıkök, bişirin, cəfəri, suyun, bolqar, xırda, bulyonun, balığı, yaxud, bibərini, qovurun, kartofu
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN