• Soyutma jiqo resepti

Reseptin məlumatları Baxış sayı: 17 422

Tarix : 25-09-2014, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Jiqo. Dəblə maraqlananlar, yəqin, təəccüblənəcəklər. Axı jiqo geyim elementidir. Bir çox tarixi filmlərdə (xüsusilə də XIII-XV əsrə aid) xanımların əynindəki paltarların qolları çiyin hissədə enli, qabarıq, dirsəklərə doğru isə daralandır. Həmin o qollara “jiqo” deyilirdi. Yəqin, ona görə ki, quzunun arxa ayağına oxşayırmış. Təbii ki, bizi təbii “jiqo” maraqlandırır. Onun isə bir neçə cür hazırlanma qaydası var.

Tərkibi:
qoyun budu
6 soğan
4 yerkökü
cəfəri və digər ətirli göyərti
duz
ədviyyat
100 q quyruq
1 st bulyon
1 st. ağ şərab

Hazırlanması:
Budun sümüyünü çıxarın. Əti sıx bükün, iplə sıx sarıyın, qazana qoyun. Təmizlənib yuyulmuş soğanı və yerkökünü, göyərtini bütöv şəkildə, doğramadan yanına düzün. duz, ədviyyat, budun sümüklərini, xırda doğranmış quyruğu, bulyon və şərabı əlavə edin.
Qaynara düşəndə qapağını örtüb sobada vam odda 7 saat bişirin. Çıxarıb üstünün yağını yığın, suyunu bir qazançaya süzün, qatılaşana qədər qaynadın.
Jiqonu buluda çəkin, üzündən yığdığınız yağı və qatılaşmış sousunu üzəriə gəzdirin.

Nuş olsun!
Etiketlər: bulyon, qoyun, ədviyyat, doğranmış, xırda, sümüklərini, quyruğu, düşəndə, Qaynara, əlavə, şərabı, budun, yanına, soğanı, yuyulmuş, Təmizlənib, qazana, yerkökünü, göyərtini
BİZİ İZLƏYİN